Xəzər Xəbər

Mənzil alarkən ədv almaq niyə müşkülə çevrilib? VİDEO

Veb TV | 15:25 • 10 Oktyabr 2024
Mənzil alarkən ədv almaq niyə müşkülə çevrilib?

2022-ci ildən etibarən nağdsız formada yeni mənzil alan  şəxslər ödənişi tam həyata keçirərlərsə, ƏDV-nin 30 faizini geri əldə edirlər.

Xezerxeber.az-ın xəbərinə görə, mütəxəsislər deyir ki, heç də bütün satıcılar mənzil satarkən vergi ödəmirlər və alıcılar da daşınmaz əmlak alarkən ƏDV əldə edə bilmirlər. Beləki bəzi mtklar yeni mənzilləri oz yaxınlarının adına keçirdikdən sonra təkrar satış kimi qeydiyyata saldırır.

Vəkilin sözlərinə görə, Belə olan halda  vətəndaş əslində yeni mənzil alsa da , ədv ala bilmir. bunların qarşısının alınması heç də asan deyil.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, güzəşt ancaq MTK -ların satdığı və ədv ödədiyi daşınmaz əmlaka şamil edilir. Vətəndaşlar isə bəzən alqı satqı zamanı ödədikləri sadələşdirilmiş vergini , əlavə dəyər vergisi ilə səhv salırlar. Belə ki, qanunvericiliyə əsasən vətəndaş MTK-dan  yeni mənzil alırsa, əlavə dəyər vergisinin bir hissəsini geri ala bilər. Alqı satqı zamanı satan  şəxs tərəfindən ödənilən vergi isə sadələşdirilmiş əmlak  vergisidir. digər xidmətlərdə olduğu kimi mənzil alqı satqısı zamanı bu məbləğ  heçbir halda vətəndaşa geri qaytarılmır.

Dövlət Vergi Xidməti isə bildirildi ki, vətəndaşa ədv dən geri qaytarılan pul ödəniş tam başa çatdıqdan sonra verilir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində vətəndaşların müraciətləri əsasında ödənilmiş ƏDV-nin qaytarılan həcmi 16 milyon 462,6 min manatdan çox olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar