Rusiyada usta kimi işləməyə gedən Bakı sakini Yaşar Muxtarov aldadıldığını iddia edir.
Xezerxeber.az-ın məlumatına görə, Yaşar Muxtarov deyir ki, ona Rusiyanın Novosibirsk vilayətində aylıq 2 min manata işləmək təklif olunub.
Təklifi qəbul edən rəngsaz ustası Yaşar Muxtarov Rusiyaya gedib və işləməyə başlayıb. Amma üç aydır ki, işlədiyinin haqqını ala bilmir.
O deyir ki, Gennadi Sergeyevic adında bir şəxs özünü təşkilatçı kimi təqdim edərək onları Rusiyaya gətirib və aldadıb.
Yaşar Muxtarovun bildirdiyinə görə, onun kimi 8 nəfər usta var. Onlar da pulun verilmədiyini görüb, işi dayandıraraq hərəsi bir tanışının yanına gedib. Özü isə çarəsiz qalıb və indi nə edəcəyini bilmir.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, quruma bununla bağlı vətəndaşların heç birinin müraciəti daxil olmayıb. İndiki vəziyyətdə problem yaşayan şəxslər onlara ən yaxın məsafədə yerləşən Azərbaycanın Yekaterinburq şəhərindəki Baş Konsulluğuna müraciət etməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.