Bakının Binəqədi rayonu, Binəqədi kəndi, Gülüstan döngə 15 ünvanında antisanitar vəziyyət yaranıb.
Xezerxeber.az-ın məlumatına görə, zibil qutuları olmayan yerə məişət tullantıları atılır və ərazini üfunət bürüyüb.
Sakinlərin sözlərinə görə, küçədə zibil konteynerləri olmadığı üçün ərazidə antisanitar vəziyyət artıq illərdir ki, davam edir.
Sakinlər deyirlər ki, əraziyə zibil konteynerlərinin qoyulması üçün dəfələrlə aidiyyəti quruma müraciət etsələr də, səyləri nəticəsiz qalıb.
Məsələ ilə bağlı Binəqədi qəsəbə bələdiyyəsindən "Xəzər Xəbər"ə bildirildi ki, dəfələrlə iməclik işləri aparılıb. Hər dəfə vətəndaşlarla maarifləndirilmə işləri aparılıb və bu məsələnin aidiyyəti qurumlara xəbər verilməsi vətəndaşlara izah olunub. Məsələ həllini tapana qədər vətəndaşlardan müvəqqəti də olsa yaxınlarda yerləşən məişət urnalarından istifadə olunması xahiş edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.