Bakıda minik avtomobili qəfildən alovlanıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə ilə bağlı görüntülər gecə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Yeni Günəşli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində "Mercedes" markalı minik avtomobilində baş vermiş yanğının yaxınlıqdakı binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Belə hallar adətən yay, bəzi hallarda isə yazda tez-tez olur. Havanın nisbətən soyuduğu bir vaxtda avtomobildə yanğına səbəb nə ola bilər?
Usta Sahil Ağabəyli hesab edir ki, belə hadisələr bəzi hallarda avtomobilin elektrik naqilinə və yanacaq borularına müdaxilə edilərkən də baş verir.
Onun sözlərinə görə, xüsusən də ili köhnə avtomobil idarə edən sürücülər belə xoşagəlməz halla üzləşməmək üçün mühərrikə mütəmadi baxış keçirməlidirlər. Hər hansı bir yanacaq sızıntısının mühərrikə baxmaqla sürücü özü də aşkar edə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.