Xəzər Xəbər

Zaqatalada itlərin hücumuna məruz qalan 8-ci sinif şagirdinin vəziyyəti necədir? VİDEO

Veb TV | 22:30 • 8 Oktyabr 2024
Zaqatalada itlərin hücumuna məruz qalan 8-ci sinif şagirdinin vəziyyəti necədir?

Zaqatalada sahibsiz itlər məktəbliyə hücum edib.

Xezerxeber.az xəbər verir ki, yaxınlıqdakı sakinlər uşağın köməyinə çatmasaydılar, vəziyyət daha acınacaqlı ola bilərdi.

Məktəblinin anası da daxil olmaqla Zaqatala şəhər sakinləri sahibsiz itlərin şəhərin mərkəzində sürü halında gəzməsindən narahatdırlar. Onların dediyinə görə, Zaqtalanın mərkəzində səhər saatlarında və hava qaraldıqdan sonra sahibsiz itlər daha da aktivləşir.

Sakinlər deyirlər ki, küçə itlərinin insanlara hücum çəkməsi Zaqatalada ilk hal deyil. 

Dərhal xəstəxanaya çatdırılan şagirdə ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksi vurularaq ambulator müalicə üçün evə buraxılıb. Hazırda azyaşlının vəziyyəti nəzarətdə saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti