Xəzər Xəbər

Mərdəkanda məskunlaşmış məcburi köçkünlərə gələn 17 min manatlıq qaz borcu necə yaranıb? VİDEO

Veb TV | 22:20 • 8 Oktyabr 2024
Mərdəkanda məskunlaşmış məcburi köçkünlərə gələn 17 min manatlıq qaz borcu necə yaranıb?

Onlar 32 ildir məcbir köçkün kimi Mərdəkanda yerləşən keçmiş sülh düşərgəsində məskunlaşıblar. Elə o vaxtdan da burada yaşayan sakinlərin qaz problemi var. Çünki, 67 ailənin, 200-dən çox sakinin yaşadığı bu ərazidə qazın külli miqdarda borcu var. 

Elmira Vəliyeva yoldaşını 13 il əvvəl itirib, indi onun rəhmətə gedən yoldaşının adına borc yazılıb:

Məcburi köçkün Sabir Əsədov isə deyir ki, onlar burada məskunlaşandan sonra on il ərzində odun yandırıblar. İndi isə Azəriqaz onları qeydə almaq adı ilə borca salıb:

Məsələ ilə bağlı Azəriqazdan “Xəzər Xəbər”ə bildirildi ki, məcburi köçkünlərin yaşadığı ərazilərin tam olaraq qazlaşması mümkün olmadığına görə bu tipli ərazilərdə əsasən mətbəxlərə mavi yanacaq verilir, burada da ümumi sayğac qoyulur: 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Qaçqınkomdan isə sorğumuza cavab olaraq bildirdilər ki, məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar müəyyən edilmiş normalar həddində dövlət hesabına ödənilir. Normadan artıq istifadədən yaranmış borcu isə məcburi köçkünlər dövlət tərəfindən verilən vahid aylıq müavinətdən ödəyirlər. Bununla bağlı mütəmadi olaraq məcburi köçkünlər arasında təbliğat və maarifləndirmə aparılır.

Dövlət Komitəsi problemin həlli istiqamətində işləri davam etdirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar