"Biz bu gün ABŞ-la münasibətləri ciddi şəkildə təhlil etməli, USAİD-in yardımlarına yenidən baxmalıyıq. Bizim məktubumuz XİN tərəfindən ciddi təhlil olunacaq və nəticəyə gəlinəcək.
Bu fikirlər Milli Məclisin payız sessiyasının növbəti iclasında səsləndirilib.
Deputatlar ABŞ-ın Azərbaycanla bağlı mövqeyini tənqid ediblər. Bildirilib ki, ABŞ-ın Azərbaycan dövlətinə qarşı birtərəfli və qərəzli fikirləri tamamilə qəbuledilməzdir.
Plenar iclasın gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən Dəmir yoluna hər hansı əşya atmağa görə tətbiq olunan 30 manat məbləğində cərimə 200 manata qaldırılır. Avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq. gəmilərdən zibil və başqa predmetlər atmağa görə otuz manat məbləğində cərimə edilir. məişət tullantılarının tutumlardan kənar yerlərə atanlar 50 manat məbləğində cərimə ediləcəklər.
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Heyvanlarla rəhmsiz rəftar edənlər də məsuliyyətə cəlb olunacaq. Qanun layihələri birinci oxunuşda təsdiqlənib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.