Son günlər Amerika bazarından avtomobil alınmasında bəzi məhdudiyyətlər yaranıb.
Xezerxeber.az xəbər verir ki, bu səbədən ölkəmizdəki yerli şirkətlər müştərilər üçün amerika hərraclarından, xüsusilə bəzi ştatlardan avtomobil alınmasını qeyri-müəyyən vaxta qədər təxirə salıblar.
Logistika şirkətlərindən birinin satış mütəxəssisi Hafiz Əmraslanov bildirib ki, Amerika portlarında işçi kirizinin yaşanacağı, sifarişlərin azərbaycana çatdırılmasında gecikmələrin olacağı nəzərə alınaraq Nyu York, Texas və Corcia kimi şərq və körfəz sahili ştatlardan avtomobil alışını dayandırıblar.
Bildirildi ki, artıq Sahilçilər Assosiasiyası və ABŞ dövlət dənizçilik birliyi arasında yaranan kriz bir müddətlik sona çatmış hesab edilir. Bu səbəbdən amerika hərraclarından avtomobillərin alınması bu günlərdə təkrar start götürüb.
Başqa bir Logistika şirkətinin direktoru Elgiz Əliyev bildirdi ki, əvvəllər sözügedən ştatlardan alınan avtomobillər 50-60 gün ərzində Azərbaycana çatdırılırdı. Ancaq bu ərəfələrdə alınan avtomobillərin çatdırılma müddətinin 10-20 gün daha da artacağı gözlənilir. Elgiz Əliyev bununla belə faktiki olaraq bu kriz səbəbindən logistika qiymətlərinin qalxmadığını da diqqətə çatdırdı.
Elgiz Əliyev özünə xaricdən avtomobil alan şəxslərə tövsiyə edir ki, mütləq şirkət seçimi edərkən diqqətli olsunlar. Sənədləri qaydasında olmayan, Amerikada sığorta şirkətlərinə məxsus olmayan avtomobillərin alınması sonradan onları əlavə maddi ziyana, sifarişlərin çatadırılma müddətinin uzanmasına səbəb ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.