Azərbaycanda açıq və qapalı ürək əməliyyatlarının həyata keçirilməsi üçün mərkəz fəaliyyətə başlayacaq.
Xezerxeber.az-ın məlumatına görə, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Kliniki Tibbi Mərkəzin təsis edilməsinin 110-cu ildönümünə həsr edilmiş tədbirdə deyib.
O bildirib ki, bu mərkəz yaxın 3 ayda Kliniki Tibbi Mərkəzdə istifadəyə veriləcək.
Vüqar Qurbanov bölgələrdə də yeni ürək mərkəzlərinin yaradılacağını vurğulayıb.
Həmçinin qeyd edilib ki, ehtiyac olan bölgələrdə yarımstansiyaların, təcili tibbi yardım avtomobillərinin sayı artırılır. Hazırda Bakı üzrə 140 təcili tibbi yardım briqadası tam aktiv fəaliyyətdədir. İlin sonuna qədər bu briqadaların 200-ə çatdırılması planlaşdırılır. Vurğulanıb ki, ölkəyə yeni təcili tibbi yardım avtomobilləri gəlib və onların istismara verilməsi prosesi yekunlaşıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.