Xəzər Xəbər

Əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlər cəzalandırılıb VİDEO

Veb TV | 20:22 • 7 Oktyabr 2024
Əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlər cəzalandırılıb

Bu ilin 9  ayında işəgötürənlər tərəfindən 2128 halda əmək qanunvericiliyi tələblərinin pozulması faktı aşkar edilib.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti aşkarlanan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görüb.

Vətəndaş müraciətlərinin araşdırılması zamanı müəyyən edilib ki, işəgötürənlər tərəfindən 155 min 297 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi də gecikdirilir.

Qeyd edilib ki, əmək hüquqları pozulan şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə və DOST mərkəzlərinə müraciət edə bilər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024