Xəzər Xəbər

Başqalarına məxsus mənzillərdə məskunlaşmış 474 keçmiş məcburi köçkün geri qayıdıb VİDEO

Veb TV | 19:50 • 7 Oktyabr 2024
Başqalarına məxsus mənzillərdə məskunlaşmış 474 keçmiş məcburi köçkün geri qayıdıb

Keçmiş məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qaytarıldıqca, onların bəzilərinin indiyə qədər məskunlaşdığı, başqalarına məxsus evlər əvvəlki sahiblərinə təhvil verilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi İbrahim Mirzəyev ''Xəzər Xəbər''ə bildirib ki, öz doğma yurdlarına qayıdan bu ailələr əsasən Bakı və Sumqayıtda başqalarına məxsus mənzillərdə məskunlaşmışdılar.

Onun sözlərinə görə, indiyə kimi başqalarına məxsus mənzillərdə məskunlaşmış 137 ailə, 474 keçmiş məcburi köçkün geri qayıdıb.

Bakı və Sumqayıtla yanaşı, digər rayon və şəhərlərdə də başqalarına məxsus evlərdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər var. Həmin ailələr də öz doğma yurd-yuvalarına qaytarıldıqca, bu mənzillər sahiblərinə təhvil veriləcək.

Bildirilib ki, müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. İşğaldan azad olunmuş ərazilərin bərpa-tikinti qrafikinə uyğun olaraq ailələrin köçürülməsi həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024