Hər gün işə gedərkən və geri qayıdarkən eyni əziyyəti çəkirlər.
Sabunçu rayonu, Balaxanı qəsəbəsinin sakinləri marşrut avtobuslarında üzləşdikləri çətinliklə bağlı "Xəzər Xəbər"in “vatsapp” qaynar xəttinə müraciət ediblər.
Söhbət paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsindən 8-ci kilometr bazarı, eləcə də əks istiqamətdə işləyən 105 saylı marşrut avtobuslarından gedir.
Sakinlər avtobusların onları yarı yolda qoyduğunu deyirlər. Sıxlıqdan şikayət etsələr də, sürücülər əksini iddia edirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, 105 nömrəli marşrut xətti müvəqqəti olaraq "Azlənd Plaza" MMC-nin istismarındadır. Bu marşrut xətti üzrə 16 avtobus 10 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Agentlikdən o da qeyd edildi ki, sözügedən marşrut xətti üzrə daşıyıcıya avtobus sayının sərnişin tələbatına uyğun olaraq tənzimlənməsi barədə tapşırıq verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.