İllər əvvəl uşaqarın dalaşması üstündə düşən mübahisə qohumlar arasında yenidən davaya səbəb olub.
Xezerxeber.az xəbər verir ki, gecə düşən dava zamanı bir nəfər qətlə yetirilib, iki nəfər də yaralanıb. Ağır cinayət paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində baş verib. Rayon prokurorluğundan verilən məlumata görə, 47 yaşlı Qurban Məlikovun qəsdən öldürülməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal istintaq qrupu gəlib, araşdırmalara başlayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə zamanı Qurban Məlikovun həyat yoldaşı Könül Məlikovaya və oğlu Məzahir Məlikova da kəsici alətlə xəsarət yetirilib.
Qonşular deyirlər ki, yetkinlik yaşına çatmayan uşağın atası Etiqad Hacıyevlə, qətlə yetirilən Qurban Məlikov yaxın qohumdurlar. İki ailə arasında ədavət illər əvvəldən olub.
Faktla bağlı Xəzər rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsilə cinayət işi başlanıb, yetkinkinlik yaşına çatmayan şəxs iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.