Abşeron rayonunda anunsuz çəkilən kanalizasisya xətti avtomobil yolunu bağlayıb, evlərə gedən su xəttlərini zədələyib. Hazırda kanalizasiya suları evərin ətrafından axır.
Xezerxeber.az-ın xəbərinə görə, xəbər verir ki, ərazidə yaşayan sakinlər iddia edirlər ki, qanunsuz işi görən Bəxtiyar Əsədov adlı rieltordur. İddiaya görə o, bir aydan çoxdur yolu qazaraq satış məqsədi ilə tikdiyi evlərin kanalizaisya xəttlərini çəkmək istəyib. Ancaq gördüyü iş ətrafda yaşayan sakinlərə ziyan vurub. Yol qazılıb və kanalizasiya suları beləcə axır.
Adıçəkilən rieltorla əlaqə qurmaq cəhdlərimiz alınmadı. Abşeron su melorasiya sistemləri idarəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, Masazırın Akim Abbasov küçəsindəki vəziyyətlə bağlı müraciət daxil olub. Ancaq orda bir rieltor heç kəsə məlumat vermədən qanunsuz olaraq iş görüb. Mövcud vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.