Bakı-Quba magistral yolunun Yaşma qəsəbəsindən keçən hissəsində avtomobil aşıb, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, avtomobilin yolun kənarına aşması nəticəsində 49 yaşlı Rövşən Abdulla oğlu Salamov və 32 yaşlı Türkanə Rafiq qızı Şükürzadə ölüblər. Qəza nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Onlar xəstəxanaya çatdırılıb.
Bərdədə isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yevlax - Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu, Saatlı kəndi ərazisində qeydə alınıb.
Minik avtomobili yolu keçmək istəyən yaşlı kişini vurub. Hadisə zamanı ağır xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.