Xəzər Xəbər

Lənkəranda ustalar iş görən zaman hündürlükdən yıxılıblar, ölən var VİDEO

Veb TV | 20:47 • 5 Oktyabr 2024
Lənkəranda ustalar iş görən zaman hündürlükdən yıxılıblar, ölən var

Lənkəranda ustalar iş görən zaman 6 metr hündürlükdən yıxılıblar. Onlardan biri ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.

Lənkəran şəhər sakini 37 yaşlı Ruslan Zülfüqarov və rayonun Sütəmurdov kənd sakini 55 yaşlı İlyas Səfərov qurduqları "ayaqaltıdan" yıxılıblar. Onlar 12 gün imiş ki, həmin evdə işləyirlərmiş.

Ağır xəsarət alan ustalar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Buna baxmayaraq, koma vəziyyətində olan Ruslan Zülfüqarovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar