Siyəzən rayonunda iynədən sonra uşağın qolunda göyərmələri görən valideyn təşvişə düşüb. Həmin vəziyyəti lentə alan ana görüntüləri “Xəzər Xəbər”in qaynar xəttinə göndərib.
Xezerxeber.az-ın məlumatına görə, görüntüləri izləyəndə də aydın olur ki, qızcığaz ciddi narahatlıq keçirir, gözləri bərəlir və qolu sarıqlıdır.
Ailənin xahişi ilə Siyəzənə yollandıq. Məlum oldu ki, Eyvazovlar ailəsi qızdırması olan uşağı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Əvvəlcə həkimlər dərmanı uşağa damara köçürmə, yəni sistem qoşma yolu ilə vurublar. Bir müddət sonra uşağın qolunda göyərmə görən valideynləri şikayət ediblər.
Uşağın valideyni Xəyalə Eyvazova bildirir ki, 1 yaş 10 aylıq olan qız anadangəlmə astma xəstəsidir.
Onun sözlərinə görə, tibb işçisi damara vurulan iynəni düz qoşa bilmədiyi üçün uşağın qolu qaralıb. Ana iddia edir ki, ya xəstəxana işçiləri naşıdır, ya da uşağa qarşı məsuliyyətsiz davranıblar.
Məsələ ilə bağlı xəstəxananın direktoru Nərgiz Əliyevə “Xəzər Xəbər”ə vəziyyəti izah edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.