Xəzər Xəbər

Gədəbəy sakini atdan yıxılaraq həyatını itirib VİDEO

Veb TV | 20:06
Gədəbəy sakini atdan yıxılaraq həyatını itirib

Gədəbəy rayonunda kişi atdan yıxılaraq ölüb. Hadisə Slavyanka kəndində qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, həmin kəndin sakini, 42 yaşlı Habil Süleymanov atdan yıxılıb və nəticədə hadisə yerində ölüb. 

Mərhumun meyiti bir gün sonra dağlıq ərazidə heyvan otardığı yerdən tapılıb. Meyit tapılan zaman bəlli olub ki, kişi yıxılan zaman at onun üzərinə aşıb və həmin vaxt daş parçası onun ciyərini parçalayıb. 

Yaxınları bildirib ki, mərhumun dörd azyaşlı uşağı olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti

Çox oxunanlar