Metronun "Neftçilər" stansiyasından Bakıxanov qəsəbəsinə gedən Rüstəm Rüstəmov küçəsində piyada zolağı silindiyindən sakinlər ciddi təhlükə ilə üzləşdiklərini deyirlər.
Xezerxeber.az-ın məlumatına görə, xüsusilə ərazidə məktəb, dövlət sosial-iqtisadi kolleci var. Bu isə o deməkdir ki, buradan əsasən məktəblilər, onların valideynləri, kollec tələbələri tez-tez istifadə edirlər. Elə özləri bildirirlər ki, zolaq silindiyindən bir neçə dəfə qəza şəraiti də yaranıb.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qısa zamanda əraziyə baxış keçiriləcək və məsələ həll ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.