Xəzər Xəbər

Mirzoyan Varşava forumunda Azərbaycana qarşı dezinformasiya və manipulyasiya aparıb - RƏSMİ BAKI VİDEO

Veb TV | 22:00 • 3 Oktyabr 2024
Mirzoyan Varşava forumunda Azərbaycana qarşı dezinformasiya və manipulyasiya aparıb - RƏSMİ BAKI

Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib. Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan forum çərçivəsində çıxışı zamanı manipulyasiya aparmaqla məşğul olub.

Xezerxeber.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ararat Mirzoyanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, Mirzoyanın səsləndirdiyi "Azərbaycan tərəfi demək olar ki, bütün Ermənistan ərazisini əhatə edən Qərbi Azərbaycandan danışır. Onlar əmin edirlər ki, bu ərazi iddiaları deyil, amma təəssüf ki, təəssürat tamamilə bunun əksidir" - ifadələri dezinformasiyadır.

Ayxan Hacızadə söyləyib ki, Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıl və qanun yolunu seçməlidir.

Ayxan Hacızadə həmçinin qeyd edib ki, öz imkanları xaricində olan istəklər üçün avantürizmə girişmək Ermənistanın mühakimə qabiliyyətinin uğursuzluğunu ortaya qoyu. Bu, bölgədə sülh və sabitliyə ən böyük maneədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar