Xəzər Xəbər

”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib VİDEO

Veb TV | 11:20
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib

2024-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən Xezerxeber.az-a verilən xəbərə görə, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb. 

Hərbi qulluqçulara sıra baxışı keçirildikdən sonra onlardan taktiki və fiziki hazırlıq üzrə məqbullar qəbul olunub. Həmçinin gündüz və gecə vaxtı atış və sürücülük üzrə çalışmalar yerinə yetirilib.

Yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən bölmə müəyyən edilib.

Xəbər lenti

Çox oxunanlar