Xəzər Xəbər

Bakı metrosuna gətirilən yeni qatarlar nə zaman istifadəyə veriləcək? VİDEO

Veb TV | 22:05 • 2 Oktyabr 2024
Bakı metrosuna gətirilən yeni qatarlar nə zaman istifadəyə veriləcək?

Yaxın vaxtlarda Bakı metrosunda yeni qatarlar xəttə buraxılacaq.

Xezerxeber.az xəbər verir ki, artıq bu qatarların komplektləşdirilməsinə də başlanılıb.

İlin sonuna qədər gətirilməsi nəzərdə tutulan 7 qatardan 4-ü artıq Bakıya çatdırılıb. Bir qatarın tamamlama işləri başa çatdırılaraq, sazlama işləri üçün "Nərimanov" elektrik deposuna göndərilib. Oktyabr ayı ərzində bu il üçün nəzərdə tutulmuş son üç qatar da Bakıya çatdırılacaq.

Yeni qatarlar Avstriya Almaniya, Çexiya  və İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunub. Rusiyada layihələndirilərək istehsal olunan vaqonların təchizatı Bakı metrosunun texniki şərtləri əsasında həyata keçirilir

Bakı Metropoliteni"nin depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov bildirib ki, yeni qatarlar sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yeniliklərlə təchiz olunub. Onlarda Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlar da var.

Qeyd edilib ki, metro qatarlarının 50 faizi yenilənib. Yaxın 3 il ərzində hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq. Bu qatarlardan 7-si ilin sonuna kimi Bakıya gətiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024