Tutacaqları qırılıb, ayaq qoyulan hissəsi kəndirlə bağlanıb, naqilləri də açıq vəziyyətdə...
Xezerxeber.az xəbər verir ki, əlilliyi olan 29 yaşlı Cavidan Gülüşlü ömrünü məhz bu təkərli araba ilə birlikdə keçirir. Cavidanın illərdir birlikdə gəzdiyi təkərli yol yoldaşı nasaz vəziyyətə düşüb.
Cavidan Gülüşlünün sözlərinə görə, arabasının bu vəziyyətə olması onun işlərini çətinləşdirib. Evdən çıxa bilmir, rahat hərəkət etməsi müşkülə çevrilib. O, başına gələnlərlə bağlı əmək və əhalinin sosial müdafiəsi nazirliyinin protez ortopedik bərpa mərkəzinə müraciət edib. Ordan isə ona arabanı yeniliyə bilməyəcəklərini deyiblər. Buna səbəb kimi isə yenilənmənin 5 ildən bir olduğu qeyd edilib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirildi ki, vətəndaşın probleminin həll olunmamasına səbəb onun rəsmi şəkildə quruma müraciət etməməsidir.
Qeyd edilib ki, Cavidan Gülüşlü yaxın günlərdə yeni təkərli oturacaqla təmin olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.