Xəzər Xəbər

Bakıda ağır cinayət – TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:20 • 2 Oktyabr 2024
Bakıda ağır cinayət – TƏFƏRRÜATLAR

Taksi sürücüsü sərnişin daşıyan mikroavtobus sürücüsünü bıçaqlamaqda şübhəli bilinir.

Xezerxeber.az xəbər verir ki, hadisə metronun "Avtovoğzal" stansiyasının qarşısında baş verib. Bakıdan bölgələrə sərnişin daşıyan sürücülər iddia edirlər ki, mübahisə müştəri üstündə yaranıb.

Hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı  Elnur Bayramov saxlanıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024