Xəzər Xəbər

Bakı-Sumqayıt qatarlarında sıxlığı azaltmaq üçün reyslərin sayı niyə artırılmır? VİDEO

Veb TV | 21:08 • 2 Oktyabr 2024
Bakı-Sumqayıt qatarlarında sıxlığı azaltmaq üçün reyslərin sayı niyə artırılmır?

Bakı-Sumqayıt qatarlarında xüsusilə pik saatlarda sözün əsl mənasında vəziyyət olduqca çətinləşir.

Xezerxeber.az xəbər verir ki, gündəlik Bakı-Xırdalan-Sumqayıt, həmçinin Abşeron dairəvi dəmiryolu xətti ilə gedib-gələnlər bildirirlər ki, bu mənzərə onlara yad deyil. Xüsusilə yeni tədris ili başlayandan sonra vəziyyət daha da çətinləşib. Pik saatlarda qatarlarda bu hal müşahidə edilir.

Görünən odur ki, alınan yeni qatarlar, reyslərin sayının artması, həmçinin bu ildən Bakı-Sumqayıt yolunda xüsusi avtobus zolağının yaradılması vəziyyəti yaxşıya doğru elə də dəyişməyib. Yenə də bu istiqamətdə gedib-gələnlər minbir əziyyətə qatlanmalı olurlar.

Məsələ ilə bağı "Dəmir Yolları'' QSC-dən "Xəzər Xəbər"ə bildirildi ki, yeni tədris ili başlayanda sözügedən istiqamətlərdə qatarlara tələbatın artacağı gözlənilən idi. Əgər əvvəllər Abşeron dairəvi dəmir yolu xətti ilə gün ərzində 30 min sərnişin daşınırdısa, indi bu rəqəm 37 min olub. Sərnişin sıxlığı nəzərə alınaraq Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarların qrafiki sentyabrın 16-dan etibarən yenilənib.

Başqa sözlə, hələlik Bakı-Sumqayıt qatarlarında intervalın azaldılması, resylərin sayının artırılması gündəmdə deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar