Xəzər Xəbər

DTX rəisi Qarabağdakı kütləvi məzarlıqlardan DANIŞIB VİDEO

Veb TV | 21:00 • 2 Oktyabr 2024
DTX rəisi Qarabağdakı kütləvi məzarlıqlardan DANIŞIB

Ötən ay itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb.

Xəbər verdiyimiz kimi, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid həmin sümük qalıqları Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində tapılıb… Komisiya sədri, həmçinin vurğulayıb ki, bu günədək 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib.

O da qeyd olunub ki, Ermənilər Qarabağda bir neçə kütləvi məzarlığı məqsədyönlü şəkildə məhv ediblər. Buna misal kimi Xocavəndin Qaradağlı, Xocalının Dəhraz və Ağdərənin Sırxavənd kəndlərində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar. Ermənilər bu və digər kütləvi məzarlıqları törətdikləri müharibə cinayətlərinin izlərini itirmək üçün məqsədyönlü şəkildə məhv ediblər. Azərbaycan isə sülhün və birgəyaşayışın bərpasının tərəfdarıdır.

Bildirlib ki, dövlət komissiyasında 1 oktyabra olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. Qeyd edilib ki, 30 ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir və girov götürmüş Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlara rəhbərlik etmiş erməni səhra komandirlərində təbii olaraq itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlar mövcuddur. Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfin diqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar