Xəzər Xəbər

Sabunçuda 20 yaşlı satıcı 30 qəpiyə görə bıçaqlanaraq öldürüldü VİDEO

Veb TV | 20:50 • 2 Oktyabr 2024
Sabunçuda 20 yaşlı satıcı 30 qəpiyə görə bıçaqlanaraq öldürüldü

Müştəri marketə daxil olur, əvvəlcə piştaxtanın qarşısında dayanan satıcı ilə görüşür. Sonra bir az kənarlaşdıqdan sonra yaxınlaşıb satıcı ilə mübahisə edir.

Xezerxeber.az xəbər verir ki, görüntülər gecə Bakının Sabunçu rayonunda qeydə alınıb. 

Rayon prokurorluğuna məlumat daxil olub ki, marketlərdən birində işləyən 20 yaşlı Xəyal Nağıyev bıçaqlanıb. Dərhal istintaq qrupu hadisə yerinə baxış keçirib.

Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, aparılan istintaqla yeniyetmənin Xəyal Nağıyevə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən o saxlanaraq istintaqa cəlb olunub.

Məlumata görə, tərəflər arasında mübahisəyə yeniyetmənin marketdən aldığı məhsulun ödənişini 30 qəpik  az verməsi səbəb olub. Yəni dava bundan başlayıb. Hər halda ətrafdakılar belə deyirlər.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar