Xəzər Xəbər

Ucarda yanacaqdaşıyan maşın qəzaya düşüb, sürücü həyatını itirib VİDEO

Veb TV | 21:23
Ucarda yanacaqdaşıyan maşın qəzaya düşüb, sürücü həyatını itirib

Ucarda 40 ton yanacaq daşıyan yük maşını qəzaya düşüb və alışaraq yanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Həmin ərazidə içi yanacaqla dolu olan iritutumlu yük maşını aşıb və qəfildən alovlanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib. Məlum olub ki, sürücü 60 yaşlı Tahir Mehdiyev maşında yanaraq ölüb.

Hadisə nəticəsində Davud Şərifova məxsus tövlə, ot bağlamaları yanıb, bir baş iribuynuzlu heyvan tələf olub. 

Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar