Xəzər Xəbər

Sarı işıqda keçən və avtomobilinin ön şüşəsi çat olan sürücülər cərimələnə bilərlər VİDEO

Veb TV | 20:37 • 1 Oktyabr 2024
Sarı işıqda keçən və avtomobilinin ön şüşəsi çat olan sürücülər cərimələnə bilərlər

İşıqforun sarı işığında keçən və avtomobilinin ön şüşəsi çat olan sürücülər cərimələnə bilərlər.

Xezerxeber.az-ın məlumatına görə, bəzən sürücülər işıqforun qırmızı işığının yanmadığını əsas götürərək sarı işıqda keçirlər. Bu səbəbdən də onlara İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tədbiq edilir.

Nəqliyyat eksperti Yasin Mustayev deyir ki, istisna hallarda sarı işıqda keçən sürücülərə cərimə tətbiq edilmir.

Nəqliyyat eksperti bəzi sürücülərdə çaşqınlıq yaradan məsələyə də toxunub. Sosial şəbəkələrdə də zaman-zaman avtomobilin ön şüşəsindəki çata görə cərimənin olub-olmadığı müzakirə olunur. Ekspert bildirib ki, bununla bağlı qanunda hansısa maddə yoxdur.

Lakin nəqliyyat vasitəsinin ön şüşəsindəki zədə görüntünü məhdudlaşdıracaq dərəcədədirsə, sahibinə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə və ya “Yol hərəkəti haqqında” qanununa görə 50 manat məbləğində cərimə tətbiq edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024