Xəzər Xəbər

Bakıda iki küçənin kəsişməsində işıqforun olmaması təhlükəli vəziyyət yaradır VİDEO

Veb TV | 20:06
Bakıda iki küçənin kəsişməsində işıqforun olmaması təhlükəli vəziyyət yaradır

Bakının Nəsimi rayonu, Salatın Əsgərova və Süleyman Rüstəm küçələrinin kəsişməsində işıqfor yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər bildirirlər ki, işıqfor olmadığı üçün ərazidə tez-tez qəzalar baş verir.

Onların sözlərinə görə, ərazidə işıqforun olmaması gediş-gəlişə də ciddi maneə yaradır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Xəzər Xəbər"ə məsələnin araşdırılacağı bildirildi. Qeyd olundu ki, aparılan təhlillərdən sonra müvafiq qərar veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar