Xəzər Xəbər

Pomidor ucuzlaşıb VİDEO

Veb TV | 19:34 • 1 Oktyabr 2024
Pomidor ucuzlaşıb

Son günlər bazarlarda pomidor ucuzlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, məhsulun bir kiloqramı 50-60 qəpikdən təklif olunur.

Sortundan asılı olaraq bəzi hallarda 1-2 manat arasında dəyişəni də var.

Satıcılar qiymətin aşağı düşməsini məhsulun bol olması ilə əlaqələndirirlər. Lakin bazarda hər qiymətə pomidor olduğunu da deyirlər.

Vəziyyətdən alıcılar da razıdır. 

Qeyd edək ki, bəzi informasiya resurslarında ölkəmizdən Rusiyaya pomidorun idxalına qadağa qoyulması haqda məlumatlar yayılıb. Ucuzlaşma da məhz bununla əlaqələndirilirdi.

Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, məlumat yanlışdır və belə bir qadağa yoxdur. Ekspertlər isə hesab edirlər ki, məhsulun ucuzlaşmasının əsas  səbəbi havaların isti keçməsi ilə yanaşı, həmçinin yerli məhsulun bol olmasıdır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar