Bir neçə gün əvvəl dövlət başçısı "sağlamlıq turizminin inkişafında naftalan neftinin rolunun artırılması ilə bağlı " sərəncam imzaladı.
Xezerxeber.az-ın xəbərinə görə, turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, ölkədə "Sağlamlıq turizmi" deyilən zaman ağıla ilk gələn Naftalan neftidir.
Buna görə də bu neft və ondan hazırlanan vasitələr beynəlxalq miqyasda daha çox tanıdılmalıdır. Bunun üçün yeni tibbi araşdırmalara da ehtiyac var. Çünki bu məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə oluna bilər. Elə dövlət başçısının bir neçə gün əvvəl imzaladığı "Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı " sərəncamı da özündə məhz bunları ehtiva edir.
Ekspert qeyd edib ki, hər bir termal mənbədə olduğu kimi Naftalanın da faydası yerində daha çoxdur. Ona görə də bu neftin çıxarılması, emalı, saxlanılması, sanatoriya-kurort müəssisələrinə paylanması məsələsi diqqətdə saxlanılmalı və daim inkişaf etdirilməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.