Xəzər Xəbər

Milli-mənəvi dəyərlərimizi necə qorumalıyıq? VİDEO

Veb TV | 22:30 • 30 Sentyabr 2024
Milli-mənəvi dəyərlərimizi necə qorumalıyıq?

Milli-mənəvi dəyərlərin qorunması dövlətin əsas prioritetlərindəndir. Ancaq təəssüf ki, bu gün milli dəyərləri, ailə dəyərlərini təhdid edən amillər var. Belə meyillərin bir çoxu qlobal trendlərlə bağlıdır.

Xezerxeber.az xəbər verir ki, bu fikirlər "Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" mövzusunda keçirilən dəyirmi masada səsləndirilib. Bildirilib ki, milli dəyərlərin aşınmasına yol verilməməli, belə meyillərə qarşı mübarizə aparılmalıdır. Bu məsələ daim Dövlət başçısının da diqqətində olub.

Bildirilib ki, Azərbaycanın xalqının özümüzəməxsus dəyərləri var. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün də hər kəs əlindən gələni etməlidir.

Vurğulanıb ki, milli-mənəvi dəyərlərin qorunması məsələsində dövlətlə birlikdə Qeyri Hökumət Təşkilatları, ictimai birliklər və media da səfərbər olmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar