Xəzər Xəbər

Heydər Əliyev prospektində hər iki istiqamətdə nişanlanma xətlərində dəyişiklik edilir VİDEO

Veb TV | 21:20
Heydər Əliyev prospektində hər iki istiqamətdə nişanlanma xətlərində dəyişiklik edilir

Magistral yoldakı qoşa xətt silinərək qırıq-qırıq xətlə əvəz olunur...

Xezerxeber.az xəbər verir ki, söhbət Heydər Əliyev prospektinin Hava Limanı istiqamətindən Sabunçu qovşağına qədər olan hissəsindən gedir.

Hər iki istiqamətdə 1.3 nişanlama xəttinin silinməsi işləri aparılır.

Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, artıq Sabunçu yol qovşağı istiqamətində işlər yekunlaşıb. Görülən işlər çərçivəsində üfüqi nişanlanma xətləri də yenilənib.

Qeyd edək ki, Yol Hərəkəti Haqqında qanunun 69-cu maddəsinin 3-cü bəndinə əsasən, üfiqi nişanlama xətti dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır.

Sözügedən ərazidə isə, 4 hərəkət zolağı olsa da, həmin qoşa xətt əks istiqaməti ayırmırdı. Bu səbəbdən də qanunvericiyə uyğun deyildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar