"İqlim dəyişikliyinin mənfi təsirləri dünyanın hər nöqtəsində hiss olunur".
Xezerxeber.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə çıxışı zamanı deyib.
Nazir həmçinin digər ekoloji problemlərdən də danışıb.
Muxtar Babayev həmçinin qeyd edib ki, Azərbaycan 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etmək üçün müraciət edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə qeyd edib ki, Azərbaycan enerji keçidi prosesində mühüm təşəbbüslər irəli sürüb.
Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizlərinin texniki iqtisadi əsaslandırılmasının ilkin nəticələri COP29 çərçivəsində elan ediləcək. Nazir həmçinin ölkəmizin bərpaolunan enerji mənbələri sahaəsində yürütdüyü siyasətdən danışıb.
Rəsmi açılış mərasimindən sonra Bakı İqlim Fəaliyyəti Həftəsi müxtəlif sahələrə həsr olunan panellərlə davam edib.
Qeyd edək ki, İqlim Fəaliyyəti Həftəsi oktyabrın 4-nə qədər davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.