Bakıda vəfat etmiş şəxsi Sabunçu rayonu, Pirşağı qəsəbə qəbiristanlığında gediş-gəliş yolunun üstündə dəfn ediblər.
Xezerxeber.az-ın məlumatına görə, tamet pilitələri sındırıb, ortasında məzar qazılıb və vəfat etmiş şəxs dəfn edilib.
“Xəzər Xəbər”in vatsap ünvanına müraciət edən vətandaş qəbirin gediş-gəliş yolunun üstündə olmasından şikayətlənir.
İddia olunur ki, ətrafda kifayət qədər yer var, amma bura ziyarətə gedənləri də, gələnləri də düz 10 gündür ki, gördükləri bu mənzərə narahat edir.
Övladı bu qəbiristanlıda dəfn olunan Seyfəddin Qurbanov deyir ki, hadisə ilə bağlı artıq aidiyyəti qurumlara xəbər verib.
Qəbiristanlığın mollası Vaqif Həsənov isə məzarın mərkəzdə qazılmasına kimin icazə verməsindən xəbərsiz olduğunu deyib.
Mərhumun qardaşı Tofiq Məmmədovla telefon əlaqəsi saxladıq. O bildirdi ki, məzar qardaşı Birinci Qarabağ Müharibəsi veteranı 1967-ci il təvəllüdlü Məmmədov Fəryaz İrza oğluna məxsusdur.
O, mərhumun özünün vəsiyyəti ilə oğlunun məzarının qarşında dəfn edildiyini, 10 gün əvvəl torpağa tapşırıldığını qeyd edib.
Sabunçu Rayon İcra Hakimiyyətinin Pirşağı qəsəbəsi üzrə İcra Nümayəndəliyinin rəhbəri Sədayi Vəlibəyli isə məsələdən xəbərdar olduqlarını bildirib.
Sədayi Vəlibəyli baş verən hadisə ilə bağlı Sabunçu rayon 15-ci polis bölməsinə müraciət etdiklərini qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.