Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yol qazıb, kommunikasiya xətti yenilənib, amma asfaltlamaq yaddan çıxıb.
Xezerxeber.az-ın məlumatına görə, Yusif Eyvazov küçəsi ilə Məmmədhəsən Hacınski küçələrinin kəsişməsindən keçən avtomobillərin əksəriyyəti yolda yaranmış böyük çuxura düşür.
Sürücülər deyirlər ki, payız mövsümüdür, yağışlara qədər yolun qazılan hissəsi asfaltlanmasa vəziyyət daha da acınaqaclı olacaq. Üstəgəl, həmin çuxur yağış suyu ilə dolsa qəza riski də qaçılmazdır.
Problemlə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətindən bildirdilər ki, həmin ərazidə qaz boruları yenilənir. İşlər tam yekunlaşdıqdan sonra asfaltlama işləri aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.