Narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar.
Xezerxeber.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları çətin relyef şəraiti olan dağlıq-meşəlik ərazidə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər. Tədbirlərlə 28 yaşlı Orxan Ələkbərov, 27 yaşlı Rafik Şəmmədov və 24 yaşlı Seymur Ağalı saxlanılıblar.
Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 2 kiloqram tiryək və marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitələri satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Ağcabədidə isə çətənə bitkisinin kultivasiyasını təşkil etməkdə şübəhli bilinən şəxs saxlanılıb
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Məhəmməd Əliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qulluqla yetişdirilən çətənə bitkiləri, evindən isə marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.