Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsinin sakinləri deyirlər ki, əvvəl 50 ailədən ibarət olan qəsəbənin indi minlərlə sakini var. Ancaq onların bircə dənə də olsun uşaq bağçası yoxdur.
Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirir ki, bir məhəllədə təxminən 50 uşaq var.
Bildirildi ki, uşaqları bağçaya Suraxanı, Əmircan, yaxud Bülbüləyə aparmaqdan ötrü yol xərci tələb olunur. Buna isə bir çox ailələrin maddi baxımdan imkanı çatmır.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, əraziyə baxış keçirildikdən və ehtiyaclar bir daha müəyyənləşdirildikdən sonra məsələyə aydınlıq gətiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.