Xəzər Xəbər

Sumqayıtda 57 yaşlı kişi əməliyyatdan sonra yerimə qabiliyyətini itirib – Həkimdən iddialara CAVAB VİDEO

Veb TV | 21:25
Sumqayıtda 57 yaşlı kişi əməliyyatdan sonra yerimə qabiliyyətini itirib – Həkimdən iddialara CAVAB

Sumqayıt sakini 57 yaşlı Asif ismayılov həkim məsuliyyətsizliyinin qurbanı olduğunu iddia edir.

Xezerxeber.az-ın xəbərinə görə, şəhərin 21-ci məhəlləsində yaşayan Asif İsmayılov deyir ki, aylar öncə boyun fəqərəsində ağrıların çoxaldığını və hətta dözülməz olduğunu hiss edərək həkimə müraciət edib. Ona ilkin müayinəni Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının neyrocərrahiyə şöbəsinin müdiri Emin Yaqubov edib. Xəstə razılıq əsasında travmotologiyada əməliyyat olub və bir müddət sonra vəziyyəti yaxşı olduğundan ambulator müayinə buraxılıb. Lakin 57 yaşlı Asif İsmayılovun vəziyyəti sonradan ağırlaşdığından o Bakıda həkimə müraciət edib və yenidən əməliyyat olunub. Burada ona ilkin əməliyyat edən şəxsin yalnışlığa yol verildiyi bildirilib. Hazırda Asif İsmayılov vəziyyətinin ağır olduğunu bildirir və yerimə qabiliyyətini tamamiylə itirdiyini deyir.

Vəziyyətlə bağlı adı hallanan həkimlə əlaqə saxladıq. Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının neyrocərrahiyə şöbəsinin müdiri Emin Yaqubov xəstə Asif ismayılovin iddialarının tamamilə əsasız olduğunu deyir.

Onun sözlərinə görə, xəstənin əməliyyata qədər vəziyyəti ona izah olunub və sonradan özü bununla razılaşmayaraq yenidən Bakıda əməliyyat etdirib. Ancaq buna baxmayaraq Asif İsmayılova evində tez tez baş çəkilib.

Asif İsmayılov isə yaxın vaxtlarda məhkəməyə müraciət edəcəyini deyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar