Xəzər Xəbər

İçkili halda avtoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşanlarla bağlı Polisdən AÇIQLAMA VİDEO

Veb TV | 21:15
İçkili halda avtoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşanlarla bağlı Polisdən AÇIQLAMA

Avtoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşdı. Məhşur olmamamış polis tərəfindən saxlanıldı.

Xezerxeber.az xəbər verir ki, Tərtərdə avtoxuliqanlıq edərək video görüntülərini sosial şəbəkədə yayan şəxs həbs olunub.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan 26 yaşlı Kənan Tağızadə müəyyən edilərək saxlanılıb. Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. Kənan Tağızadə barəsində toplanmış material məhkəməyə göndərilib.

Şirvanda da avtoxuliqanlıq edən sürücü inzibati qaydada həbs edilib.

Hacıqabul rayon sakini Alim Əzizov Şirvanda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb. Bu səbəbdən də yol polisi bölməsinin əməkdaşları ona "saxla" işarəsi veriblər. Lakin sürücü tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Həmin şəxs yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi məlum olub.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Alim Əzizov sürücülük hüququndan 1 illik məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar