Xəzər Xəbər

Bakının daha bir ərazisində avtobus zolağı təşkil edilib VİDEO

Veb TV | 21:28 • 27 Sentyabr 2024
Bakının daha bir ərazisində avtobus zolağı təşkil edilib

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində avtobus zolağı təşkil edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu istiqamətdə yolboyu avtobus zolaqları ilə yanaşı, zolağın tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Vətəndaşlar bildirirlər ki, bu ərazidə səhər və axşam saatlarında tıxaclar olur. Bu səbəbdən də müxtəlif istiqamətlər üzrə bu yoldan hərəkət edən avtobuslar saatlarla tıxacda gözləyirdilər. 

Həmçinin sürücülər də zolağın çəkilməsi ilə rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan hərəkət etdiklərini bildirirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də tədbirlər görüləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti