Xəzər Xəbər

Avtomobildə bu işarənin yanması ciddi problemə yol aça bilər VİDEO

Veb TV | 20:25
Avtomobildə bu işarənin yanması ciddi problemə yol aça bilər

Avtomobil yana və ya ağır qəzaya səbəb ola bilər. Söhbət müasir avtomobillərdə cihazlar lövhəsində "Check Engine" kimi tanınan işarənin yanmasından gedir. Çünki bəzən sürücülər buna əhəmiyyət vermirlər.

Xezerxeber.az-ın məlumatına görə, ustalar hesab edirlər ki, avtomobildə "Check Engine" işarəsi sahiblərinə yaranmış nasazlıqlar barədə xəbərdarlıq edir. Bir sözlə, bu, həyəcan siqnalıdır. Amma bir çox hallarda bəzi sürüclər buna ciddi yanaşmırlar.

Usta Tural Rəhmanlı deyir ki, bəzi yeni nəsil avtomobillərdə həmin işarəni ləğv etmək mümkün olmadığından ustalar buna da müdaxilə edə bilirlər. 

Onun fikrincə, bu problem səbəbindən avtomobildə qəza riski də artır. Ona görə də buna ciddi yanaşmaq lazımdır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar