Xəzər Xəbər

Bakının mərkəzinə yaxın yerləşən evlər ucuz qiymətə kütləvi satışa çıxarılıb VİDEO

Veb TV | 20:57 • 27 Sentyabr 2024
Bakının mərkəzinə yaxın yerləşən evlər ucuz qiymətə kütləvi satışa çıxarılıb

Bakının mərkəzinə yaxın məsafədə yerləşən evlər ucuz qiymətə kütləvi satılır. Söhbət paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində satışa çıxarılan köhnə tikililərdən və  fərdi evlərdən gedir.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə 1 otaqlı evlərin qiyməti 65 - 68, ikiotaqlılar 75-100 min manat arasında dəyişir.

Sahəsi 120 kvadratmetrdən başlayan mənzillərin qiymətində də ucuzlaşma var. Elan saytlarında Bayıl və "20-ci sahə" adlanan ərazilərdə münasib qiymətə satışa çıxarılan həyət evləri kifayət qədər çoxdur. Məsələn, qarşımıza çıxan elanların birində sahəsi 140 kvadratmetr olan 4 otaqlı həyət evinin satış qiyməti 85 min manatdır. Digər bir elanda isə 3 sot ərazidə tikilmiş 3 otaqlı, 85 kvadratmetrlik evin dəyəri isə 70 min manat təşkil edir. 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bu evlərin satış sayının çoxalması əmlakların statusu ilə bağlıdır. Satışa çıxarılan evlərin əksər hissəsində çıxarış ümumiyyətlə yoxdur. Bəzilərində isə sadəcə əvəzedici sənədlər mövcuddur.

Ekspert qeyd edir ki, ucuzlaşmanın digər səbəbi adıçəkilən ərazidə infrastrukturun tam olmamasıdır.

O, Bayıl və "20-ci sahə" massivinin Bakının baş planına əsasən, söküntüyə cəlb olunacağını da bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar