44 günlük vətən müharibəsindəki qələbə Azərəbaycanın müdafiə sənayesində də sıçrayışa səbəb oldu. Ən son texnalogiyalar əsasında müasir silahların istehsalı sürətləndirildi.
Atış gücü yüksək olan, hədəfi dəqiq məhv edə bilən iriçapli silahlar və hətta pilotsuz uçuş aparatlarının növü artırıldı. Hazırlanan silah-sursatlar bir neçə gündür ADEX-2024 beynəlxalq müdafiə sərgisində də ziyarətçilərin marağına səbəb olub.
Silah hazırlanarkən solaxay hərbçilər də nəzərə alınıb. Onun doldurulması həm sağdan, həm də soldan mümkündür. 3,6 kiloqram çəkidə olan ''Turan-1'' silahına bir neçə saniyədə susdurucu da taxmaq olur.
Sərgidə nümayiş etdirilən hərbi vasitələr arasında ''Zəngəzur'' pilotsuz uçuş aparatı da marağa səbəb olub. Tələbələrin hazırladıqları bu PUA vasitəsilə minalardan təmizlənmiş ərazilərdə radiaktiv maddələri tez bir zamanda aşkar etmək mümkün olacaq.
Xezerxeber.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirinin müşaviri Arif Babayev deyir ki, beynəlxalaq silah sərgisi ölkəmizdə sayca 5-ci dəfədir keçirilir. Sərgidə 14 ölkə öz milli pavilyonu ilə təmsil olunur.
Hərbi gücünə görə dünyada 50-ən güclü ordu arasında olan Azərbaycan, Hərbi Hava Qüvvələrinin arsenalına Pakistandan aldığı yeni JF-17C təyyarəsini də qatıb. Hərbi ekspertlər hesasb edirlər ki, bu təyyarə, F-16-dan daha üstündür. JF 17C böyük atəş gücünə malik təyyarədir, istənilən dərinlikdə olan hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.