Sosial şəbəkələrdə nitq inkişafında ləngiməsi olan uşaqların müalicəsi üçün vitaminlər satılır.
Xezerxeber.az-ın xəbərinə görə, loqopedlər bildirirlər ki, Azərbaycanda gec dil açan, nitqi aydın olmayan, danışıq problemi yaşayan uşaqların sayı artıb. Bir sıra müəssisələrdə psixoloq-loqoped, və ya loqoped-nevropatoloqun bir neçə seans keçərək yaranma səbəbləri araşdırıldıqdan sonra müalicəsi aparılan bu problemlərin xüsusi vitamin tərkibli dərmanlarla düzəlməsi mümkün deyil. Elə vətəndaşlar da bəzən anadangəlmə amillərdən qaynaqlanaraq yaranan nitq inkişafı ləngiməsinin xüsusi müəssisələr və mütəxəssislər tərəfindən müalicəsinin mümkün olduqlarını bildirirlər.
Loqoped Esmira Qafarovanın sözlərinə görə, vitamin tərkibli dərmanlar yalnız beyinin neyronlarının aktilvləşməsinə kömək edir.
Psixi-nitq inkişafının ləngiməsi beynin və mərkəzi sinir sisteminin inkişafındakı dəyişikliklərin nəticəsidir. Bu səbəbdən də bu geriliyin müalicəsi üçün ilk olaraq nevropatoloq-psixiatr tərəfindən uşağın yaşına uyğun dərmanlar təyin olunur, sonra korreksiya prosesi başlanılır.
Defektoloq onu da əlavə edib ki, nitq və zehni inkişafın ləngiməsi, beyin funksiyasının pozulmasına doğuş travması, infeksiyaların təsiri, bəzi irsi xəstəliklərin mövcudluğu və uşağın böyüdüyü əlverişsiz psixoloji şəraitə görə baş verir.
Loqoped xüsusi olaraq 3 yaşa qədər uşaqların profilaktik olaraq loqoped və nevroloq nəzarəti altında saxlanmasının vacib olduğunu bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.