Xəzər Xəbər

Yol polisi toy sahiblərinə müraciət edib VİDEO

Veb TV | 21:11 • 25 Sentyabr 2024
Yol polisi toy sahiblərinə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi toy sahiblərinə müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, toy karvanında avtomobillər maksimal dərəcədə az olmalıdır.

Xüsusilə də son illər bəy-gəlin cütlüyünü müşayiət edərkən ən çox qayda pozuntuları regionlarda olur. Əks yola çıxmaqla təhlükəli manevr edən sürücülər qəza riskini artırırlar. Bəzi hallarda isə bir və ya bir neçə şəxsin xəsarət alması və ölümü ilə nəticələnən hadisələr baş verir.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev deyir ki, toy karvanında iştrak edənlərin digər hərəkət iştrakçılarından heç bir üstünlüyü yoxdur.

“Toy karvanında olan sürücülər zənn etməsinmlər ki, onların pozduqları qayda nəzərə alınmır. Bütün hərəkətlər xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınır və barələrində də qanunamüvafiq qaydada cərimə tətbiq edilir”, -deyə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Bəzi sürücülər də belə hərəkətlərə yol verən həmkarlarını qınayırlar. Onlar da iki gəncin xoş gününü yasa çevirənlərə səsləniblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar