Bakının Nəsimi rayonu, 28 May küçəsində çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradıb.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə taksi duracağı da ləğv edilib.
Tam hazır vəziyyətə gətirilməsə də, sürücülər deyirlər ki, cərimələnməmək üçün bu zolağa daxil olmurlar.
Hətta əvvəllər burada dayanan taksi sürücüləri də avtomobillərini yolun hərəkət hissəsinə yaxın yerdə saxlayırlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, zolaq tam hazır vəziyyətə gətirilənə qədər digər avtomobillər də bu zolağa daxil ola bilərlər.
Qeyd edildi ki, sözügedən ərazidə nişanlama və xətləmə işləri tam yekunlaşmayıb. Avtobusların zolaqla hərəkətinin təmin olunması üçün zəruri infrastruktur qurulur. Ərazidə aparılan infrastruktur işləri ilə əlaqədar olaraq taksi duracağı da ləğv edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.