Son bir həftədir ki, Bakı metropolitenində sözün məcazi mənasında insan tıxacı yaşanır.
Xezerxeber.az-ın xəbərinə görə, vətəndaşlar bildirirlər ki, sərnişinlə dolu olduğu üçün növbəti qatarları gözləmək məcburiyyətində qalırlar.
Yaranmış vəziyyəti Metropoliten rəsmiləri də təsdiq edir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, stansiyalarda sıxlıq yaranan zaman ehtiyat qatarlar xəttə buraxılmır, əvəzində pik saatlarda qatarların manevri, yəni geridönüşü həyata keçirilir.
Qeyd edək ki, xəttə buraxılacaq yeni qatarlar "Dərnəgül" və "Həzi Aslanov" stansiyaları istiqamətində hərəkət edəcək. Bundan sonra isə köhnə qatarların xətdən kənarlaşdırılması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.