Bakının Xaqani küçəsinin yeni təmirdən çıxmış hissəsində üfüqi yol nişanlanması işləri aparılıb.
Xezerxeber.az xəbər verir ki, görülən işlər çərçivəsində parklanma yerləri də saxlanılmaqla, küçədə velosiped yolları təşkil edilib, hərəkət zolaqları kanallaşdırılıb.
Vətəndaşlar dəyişiklikləri xoş qarşılasalar da, bəzi iradlar da oldu.
Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, velosiped yolları bütün küçəboyu təşkil ediləcək.
Eyni zamanda bu cür nişanlanma işlərinin paytaxtın digər küçə və prospektlərində də həyata keçirilməsi nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.